"Həşd-Şabi" qüvvələri ABŞ qoşunlarının İraqdan dərhal çıxarılmasını tələb edir
Story Code : 775730
"Həşd-Şabi" qüvvələrinin komandirlərindən biri, ABŞ ordusunun İraqda mənfi fəaliyyətinə işarə edərək bildirmişdir: "İŞİD-lə mübarizədən sonra, İraq qüvvələrinin qabiliyyətini nəzərə alaraq, İraqda ABŞ ordusuna ehtiyac duyulmur".
O, eyni zamanda Suriyada İŞİD terrorçularının qalıqlarını zərərsizləşdirmək üçün yardım etməyə hazır olduqlarını qeyd edək bildirmişdir: "İraqın səfərbər olmuş xalq qüvvələri, iki ölkənin sərhəd bölgələrini açmaq üçün İŞİD terrorçularına qarşı hücum etmə əmrini gözləyir".