Ayətullah Xamenei: ABŞ rəhbərləri birinci dərəcəli axmaqlardır!
Story Code : 771134
41 il öncə yanvar ayının 9-da Qum şəhərində İran şahı Rza Pəhləviyə qarşı başlanan və nəticəsi şahın devrilməsilə nəticələnən qiyamən ildönümü münasibətilə Qum şəhərinin məsulları və sakinlərilə görüşən Ayətullah Xamenei:
31 dekabr 1977-ci ildə ABŞ-ın prezidenti Tehrana gələrək çıxış etdi. Rza Şahı öz çıxışında tərifləyərək o İranı sabitlik hökm sürən yer adlandırdı. Yəni ki, öz nökərlərindən razı olduğunu bildirdi. Amma üstündən heç 10 gün keçmədi ki, Qum əhli şaha qarşı ayağa qalxdı. Ardınca Təbriz də bu qiyama qoşuldu ki, nəticəsi şahın devrilməsi oldu. Bu da amerikalıların siyasi proqnozçularının hesablamaları. Amerikalılar gələcəyə olan belə hesablamaları ilə havada uçurlar. Burada da bəzi Qərb vurğunları Amerikanın qüdrətindən dəm vururlar. İnqilabdan sonra da sanksiyalar tətbiq etdilər və proqnoz vermişdilər ki, 5-6 ay davam gətirə biləcəklər. Elə bir müddət öncə də Amerikanın dövlət xadimlərindən biri terrorçu və quldurların yığıncağında 2019-cu ilin təhvilini Tehranda qeyd edəcəyini bildirmişdi. 2019-cu ilin təhvil olmasından artıq neçə gün keçib. Amerikanın bəzi rəhbərləri özlərini dəliliyə vururlar ki, əlbəttə mən bunu qəbul etmirəm. Mənim qənaətimcə onlar birinci dərəcəli axmaqlardılar. (V. Sadiq)