Türkiyə xarici işlər nazirliyinin sözçüsü İbrahim Kalın Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jon Boltunun kürdlərə hücumla bağlı iddialarını rədd edib. Bolton Ankaranın Suriyada kürdlərə hücuma hazırlaşdığını bildirib. Türkiyə XİN-nin sözçüsü deyib: Bu çox məntiqsiz iddiadır. Türkiyə terrorla mübarizə çərçivəsində PKK, YPG, İŞİD-ə qarşı əməliyyatlar hazırlayır.
Türkiyə prezidenti Ərdoğan da mülki kürdlərə qarşı hərbi əməliyyatı istisna edib. Bolton isə Ankaranı Vaşiqtonla razılaşdırırlmamış əməliyyatlardan çəkinməyə dəvət edib.