Səudiyyə Ərəbistanı bir il yarım Qətərə qarşı təzyiqlərdən, bu ölkəni blokadaya aldıqdan sonra Qətər əmirini Fars Körfəzi Həmkarlıq Şurasının iclasına dəvət edib. Təmim bin Həməd Ali Sani Ərəbistan padşahından rəsmi dəvət alıb. Hələ üç gün qabaq Küveyt mətbuatı bu barədə xəbər yaymışdı. Padşahın dəvət məktubunu şuranın baş katibi Əbdüllətif Əl-Zəyyani şəxsən əmirə təqdim etmk tapşırığı alıb. Riyazın zahirən bu sazişkaranə addımı əslində Səudiyyə Ərəbistanının dünyada hərbi cinayətkar kimi tanınması ilə bağlıdır.