Nəsib keçid məntəqəsində miqrasiya mərkəzinin rəisi Mazan Qəndur bildirib ki, ötən həftədən bu günə qədər 1439 suriyalı qaçqın İordaniyadan vətənə qayıdıb. Suriyanın rəsmi xəbər agentliyi Sana bildirir ki, Suriyanın İordaniyadakı səfirliyi vətənə qayıtmaq istəyən suriyalılara maddi yardım göstərir. Vətənə dönənlərə müvəqqəti şəxsiyyət vəsiqəsi verilir. Qaçqınların vətənə dönmə səbəbi Suriyada sabitlik yaranmasıdır. BMT-nin hesabatına əsasən İordaniyada 650 min suriyalı qaçqın var.