Əfqanıstan hökumət nümayəndələri Talibanla görüşəcək
Story Code : 752720
Əfqanıstan hökumət nümayəndələrinin Səudiyyə Ərəbistanında Talibanla görüşü nəzərdə tutulur. Görüşdə məqsəd Əfqanıstanda seçkilərdə təhlükəsizliyin təmin olunmasıdır. Əfqanıstanda parlament seçkilərinə bir aydan az qalır. Taliban nümayəndələri bildirib ki, hökumət seçkilərin təhlükəsizliynə kömək istəyir. Hökumət nümayəndələri Talibana vəd edib ki, talibançı məhbusları azad edəcək. Yada salaq ki, Taliban Ameriaknın üç aylıq atəşkəs istəyini rədd edib.