0
Saturday 25 January 2025 - 22:36

"Biz başqalarının müharibələrinin bədəlini ödəyə bilmərik" - Siyarto Aİ-dən zəmanət tələb edir

Story Code : 1186600
"Biz başqalarının müharibələrinin bədəlini ödəyə bilmərik" - Siyarto Aİ-dən zəmanət tələb edir
Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığından sonra bildirib.

"Bazar ertəsi Aİ-nin Xarici Əlaqələr Şurası Rusiyaya qarşı sanksiyaların davam edib-etməməsinə qərar vermək üçün toplanacaq. Bundan sonra biz başqalarının müharibələrinin bədəlini ödəyə bilmərik və eyni zamanda enerji təhlükəsizliyimiz üçün riski qəbul edə bilmərik. Ukrayna və ya Avropa İttifaqı zəmanət verməlidir ki, gələcəkdə Macarıstana təbii qaz və neft tədarükünə heç bir maneə yaratmayacaqlar. Mən bunu Kaya Kallasa da dedim"- Siyarto "Facebook"da yazıb.
Comment