Bu barədə “Report” “Le Monde”yə istinadən xəbər verir.
"Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?", - o soruşub. Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi "sabah və ya ertəsi gün" bitməyəcək. "Gəlin özümüzü aldatmayaq", - o deyib.
Fransa Prezidenti Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırıb. "Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz", - Fransa rəhbəri deyib.