0
Wednesday 15 January 2025 - 17:07

İran XİN başçısı: Suriyada səfirlik açmağımız üçün heç bir problem yoxdur

Story Code : 1184511
İran XİN başçısı: Suriyada səfirlik açmağımız üçün heç bir problem yoxdur
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.

O deyib ki, İran Suriyanın ərazi bütövlüyünün qorunması, təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə sadiqdir.

Nazir vurğulayıb ki, rəsmi Tehran Suriya xalqının iradəsinə uyğun olaraq qurulan inklüziv hökuməti dəstəkləyir:

“Suriya cəmiyyəti homogen deyil. Ona görə də bütün tərəflər ölkənin idarə olunmasında iştirak etməlidirlər”.

 
Comment