0
Monday 13 January 2025 - 14:48

Medvedev hədələdi – “Bir variantınız var: Rusiyaya birləşmək”

Story Code : 1184125
Medvedev hədələdi – “Bir variantınız var: Rusiyaya birləşmək”
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı durum vaxtilə Almaniyanı iki yerə bölən vəziyyətdən fərqlidir:

“Yenidən müzakirə olunan alman ssenarisinə diqqət çəkmək istəyirəm. Buna görə, parçalanmış Ukrayna Almaniya Federativ Respublikası (AFR) və ya Almaniya Demokratik Respublikası (ADR) kimi bir şeyə çevrilir. Burada təbii olaraq AFR-in rolu Kiyevə, ADR isə vətənə qayıdan Rusiya torpaqlarına (ələ keçirilən Ukrayna əraziləri – red.) verilir. Heç bir şansı olmadığı halda belə bir ssenarinin niyə ortaya çıxdığı bəllidir”, - Rusiya rəsmisi bildirib.

Medvedev bu ssenarinin məntiqini Kiyev və Qərb baxımından izah edib:

“Görün necə gözəl çıxır: AFR neçə il dözdü, sonra birdən ADR-i uddu.

Kim nə deyir-desin, Almaniyanın yenidən birləşməsi almanların o vaxtkı sovet rəhbərlərinin acizliyindən istifadə edərək öz ölkələrini birləşdirmək istəyinə əsaslanırdı. Bəs burada? Belə çıxır ki, Rusiya gələcəkdə bütün xalqını müflis “Banderıstan”a (Ukrayna – red.) təslim etməlidir?”

Siyasətçi əlavə edib ki, böhran yalnız Ukraynanın Rusiyaya birləşməsi ilə həll edilə bilər:

“Tarixi perspektivdə isə “alman variantı” yalnız keçmiş Ukraynanın Kiçik Rusiya torpaqlarının qalıqlarının böyük Rusiya Federasiyasına birbaşa birləşdirilməsi şəklində mümkündür. Bunu hamı başa düşür”.
Comment