0
Monday 23 December 2024 - 15:22

Ayətullah Xamenei: “Siz sionistlər qalib deyilsiniz

Story Code : 1179978
Ayətullah Xamenei: “Siz sionistlər qalib deyilsiniz
Bunu Ayətullah Xamenei Həzrət Fatimeyi-Zəhranın mövludu günündə bir qrup məddah və şairlərə 22.12.2024-cü il tarixdəki görüşündə bildirib.
Ayətullah Xameneinin görüşdə səsləndirdiyi əsas fikirləri təqdim edirik:
“Təxminən 2-3 həftə əvvəl mən burada çıxışımda dedim ki, Amerikanın ölkələrə hökmranlıq etmək planı iki cürdür: ya fərdi avtoritar hökumət yaradaraq ölkənin maraqlarını öz aralarında bölmək istəyirlər, ya da bu baş verməsə, xaos və iğtişaş yaratmaq istəyirlər. Necə ki, Suriyada ikincisini bacardılar, qarışıqlıq və xaos yaratdılar.
İndi onlar qalib olduqlarını düşünürlər. Amerikalılar, sionist rejim və onlarla birlikdə olanlar elə hiss edirlər ki, qələbə qazanıblar və bununla da eyforiyaya qapılıblar. Bu həm də şeytan əhlinin xüsusiyyətidir ki, qalib olduqlarını hiss etdikdə dillərinə hakim kəsilə bilmirlər, bihudə və boş-boş danışırlar.
Bunlar bugün cəfəngiyat danışırlar. Amerikalı nümayəndə və məmur üstü örtülü işarə edir, lakin dedikləri tam aydındır və bildirir ki: Hər kəs İranda iğtişaş törətsə, biz ona kömək edəcəyik. Axmaqlar kabab iyinə gəliblər.
Birinci məqam odur ki, İran xalqı bu sahədə Amerika muzdlularına işləyən hər kəsi möhkəm addımları altında tapdalayacaq.
Sionist ünsür özünü qalib kimi göstərir, qaliblərin xüsusiyyətlərini özündə cəm edir və meydan oxuyacaq tərzdə danışır. Bədbəxt! Siz harda qalib oldunuz?! Qəzzada qalib oldunuz? Neçə min xanımı, uşağı və körpəni bomba ilə öldürəsən, amma heç bir məqsədinə çatmayasan. Qarşıya qoyduğu məqsədlərin heç birinə çatmayan qalib ola bilər?
Siz HƏMAS-ı məhv etdiniz? Siz Qəzzadakı əsirlərinizi azad etdiniz? Siz dediniz ki, Hizbullahı aradan aparacağıq. Seyyid Həsən Nəsrullah kimi şəxsiyyəti şəhid etdiniz, Hizbullahı aradan aparmağı bacardınız? Hizbullah diridir, Fələstin müqaviməti diridir, HƏMAS diridir, İslami Cihad diridir. Siz qalib deyilsiniz, siz məğlub oldunuz.
Bəli, Suriyada sizin önünüz açıq idi. Qarşınızda heç bir silahlı əsgər yox idi. Tank və digər hərbi texnika ilə bir neçə kilometr irəliləyə bildiniz. Bu qələbə deyil. Sizin qarşınızda heç bir maneə yox idi. Bu qələbə deyil. Əlbəttə ki, şübhəsiz qeyrətli və şücaətli Suriya cavanları sizi ölkələrindən qovacaqlar”.
Comment