KİV: ABŞ PKK üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib
Story Code : 1179941
“Report” xəbər verir ki, bu barədə Türkiyənin "Star" qəzeti yazıb.
"ABŞ Suriyada küncə sıxışdırılmış PKK/YPG terror təşkilatına yeni hərbi avadanlıq göndərib", - məlumatda bildirilib.
Məlumata görə, dekabrın 22-də ABŞ-nin iki hərbi yük təyyarəsi Həsəkədə eniş edib.
"Deyr əz-Zor bölgəsində gizlənən terrorçulara hərbi avadanlıq və sursat 60 zirehli və yük maşınından ibarət karvanla çatdırılıb", - məlumatda qeyd olunub.