“Report” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib
Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini dediyini vurğulayıb: “Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söyləyib. Ona görə də biz bunu gözləməliyik, amma bu müharibəni bitirməliyik”.
Tramp Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi.