QR CodeQR Code

Smotriç: Qəzzanı işğal etməyin vaxtı çatıb

إسلام تايمز , 9 Dec 2024 22:59

IslamTimes - İşğalçı İsrailin ekstremist maliyyə naziri Suriyada baş verənləri Qəzzanı işğal etmək üçün yaxşı fürsət adlandırıb.


İsrailin ekstremist maliyyə naziri Bezalel Smotriç bazar ertəsi elan edib ki, İsrail Suriya prezidenti Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Yaxın Şərqdə baş verən yeni hadisələrdən yararlanmalı və HƏMAS-ı məhv etmək və Qəzzanı işğal etmək məqsədinə çatmaq üçün daha çox çalışmalıdır. 

Smotriç jurnalistlərə deyib: “Qəzzanın işğalının, Qəzzada mülki əhaliyə nəzarətin ələ alınmasının, mülki əhali ilə HƏMAS-ın rabitəsinin kəsilməsinin və beləliklə, HƏMAS-ı hələ də canlı saxlayan öz oksigen mənbəyindən ayırmağın zamanı çatıb”.

Smotriç öz ritorikasının davamında İrana qarşı əsassız iddialar irəli sürərək, işğalçı İsrailin fürsətdən istifadə edib İrana hücum etməsinin zəruri olduğunu bildirib.


Story Code: 1177435

News Link :
https://www.islamtimes.com/az/news/1177435/smotriç-qəzzanı-işğal-etməyin-vaxtı-çatıb

Islam Times
  https://www.islamtimes.com