QR CodeQR Code

Suriya paytaxtı Dəməşq terrorçuların əlinə keçdi: Bəşər Əsəd devirildi

8 Dec 2024 13:48

Islamtimes - Qərb mediasında üsyançı müxalifət adlanan silahlı terrorçular Suriyanın paytaxtı Dəməşq şəhərini ələ keçirdilər. Şəhər tam olaraq onların nəzarəti altındadır, bütün strateji yerlərdə əsas mövqeləri tuturlar. Qeyd olunur ki, hazırda prezident Bəşər Əsədin axtarışları davam edir.


“Reuters”in məlumatına görə, Bəşər Əsəd ölkədən naməlum istiqamətə uçub və onun təyyarəsi radardan itib.
Eyni zamanda Suriya televiziyası dövlət radio və televiziyasının binasının və Dəməşq beynəlxalq hava limanının da terrorçuların nəzarətində olduğunu bildirir. Hava limanının fəaliyyəti tamamilə dayandırılıb və bütün işçilər hava limanını tərk ediblər.
Suriya Ordusunun Baş Qərargahı bütün döyüş birləşmələrinə təslim olmaq və dağılmaq əmrini verib.
Bunlardan əlavə qeyd olunur ki, terrorçu qrupların rəhbərliyi Əsədin həbsinə kömək edəcək məlumat üçün 10 milyon dollar təklif edib.


Story Code: 1177169

News Link :
https://www.islamtimes.com/az/news/1177169/suriya-paytaxtı-dəməşq-terrorçuların-əlinə-keçdi-bəşər-əsəd-devirildi

Islam Times
  https://www.islamtimes.com