ABŞ Ukraynaya silah-sursat göndərə bilməz - Əks halda...
Story Code : 1174472
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat "Blonbeerg"də qeyd olunub.
Agentliyin məlumatına görə, Bayden və onun administrasiyası silah tədarükünü ciddi şəkildə artıra bilməz, çünki ABŞ Konqresinin ayırdığı vəsaitlərin çoxu Kiyev hakimiyyətini Pentaqonun anbarlarında olan silahlarla təmin etməyə şamil olunur.
“Bloomberg” yazır ki, Bayden və onun administrasiyası Ukraynanın Rusiyaya müqavimət göstərmək potensialına malik olduğu görüntüsü yaratmağa çalışmaq üçün qalan iki aydan az müddətdə Kiyevə maksimum dəstək və Moskvaya təzyiq göstərməyə çalışır.
Xatırladaq ki, Bayden administrasiyası Kiyevi əhəmiyyətli maliyyə və hərbi resurslarla təmin edərək, fəal şəkildə dəstəkləyib. Bu dəstəyə silah tədarükü, hərbi təlimlər və ümumilikdə 59 milyard dollardan çox humanitar yardım daxildir.