0
Sunday 3 November 2024 - 11:02

Fidan xəbərdarlıq etdi: İsrail bu addımı atsa...

Story Code : 1170512
Fidan xəbərdarlıq etdi: İsrail bu addımı atsa...
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Hürriyət” nəşrinə müsahibəsində deyib.

“İsrailin əsas məqsədi fələstinliləri Qəzzadan Misirə və İordan çayının qərb sahilindən İordaniyaya sürgün etməkdir. Belə bir ssenari regionu daha böyük qeyri-sabitliyə sürükləyə bilər. İsrail ABŞ seçkilərindən sonra cavab tədbirləri ilə məhdudlaşmaya bilər. Baş nazir Benyamin Netanyahu İranın nüvə imkanlarına zərbə vurmaq üçün addımlar ata bilər. Bu, baş verərsə, münaqişənin başqa ölkələrə də sirayət etmə ehtimalı artacaq”, - Fidan bildirib.
Comment