İranla Rusiya maliyyə və valyuta sahələrində əməkdaşlığı genişləndirməyə razılaşıb
Story Code : 1166446
“Report” xəbər verir ki, bunu İran Mərkəzi Bankı İdarə Heyətinin direktoru Məhəmmədrza Fərzin “Russia today”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran və Rusiya arasında kart şəbəkələrinin birləşdirilməsi, valyuta əməkdaşlığı sahəsində müsbət razılaşmalar əldə olunub.
Direktor əlavə edib ki, qlobal ehtiyat ödənişləri və bu məqsəd üçün istiqrazların istifadəsinə dair razılıq var: “Qərb ölkələri ilə siyasi problemlər üzündən dünya yeni razılaşmalar axtarır. Bu məqsədlərə nail olmaq üçün BRİCS uyğun bir platformadır”.
M.Fərzin həmçinin Çin, Rusiya və İranın beynəlxalq ticarətdə dolların rolunun azaldılmasında maraqlı olduqlarını bildirib ki, İran və BRİCS-ə üzv ölkələr maliyyə əməliyyatlarını yerli valyutalardan istifadə etməklə həyata keçirməyə çalışırlar və bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunub.
Qeyd edək ki, bu günlərdə BRİCS-ə üzv ölkələrin maliyyə qurumlarının rəhbərlərinin Rusiyada toplantısı olub. M.Fərzin də həmin yığıncaqda iştirak edib.