Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
Makrona həmkarını Yaxın Şərqdə gərginliyin azaldılmasına kömək etməyə çağırıb.
Qeyd olunub ki, Tehranın səyləri Livan və Qəzza zolağında atəşkəsə nail olmağa kömək edə bilər.
Makron Livan hökumətinin başçısı Nəcib Mikatiyə də zəng edib. O, "İsrailin hücumlarını gücləndirməsi fonunda Livan xalqı ilə həmrəy olduğunu" ifadə edib, həm Livan, həm də Qəzzada bütün tərəflərin atəşkəsə nail olunmasının vacibliyini bəyan edib.