MKİ direktoru: Yaxın həftələrdə İsrail ilə İran arasında eskalasiya riski yüksəkdir
Story Code : 1165128
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bəyan edib.
Berns bildirib ki, həm cinayətkar İsrail rejimi, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir. Belə ki, münaqişə işğalçı İsraillə Livanda “Hizbullah” təşkilatı arasında qarşıdurmanın kəskinləşməsi fonunda, eləcə də İranın İsrailə son raket hücumundan sonra davam edir.
“Biz ciddi nəticələrə səbəb ola biləcək qəsdən toqquşmaların və anlaşılmazlıqların potensialını görürük. ABŞ üçün ən vacib vəzifə vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır”.