Livandan açılan atəş nəticəsində işğalçı İsrailin şimalında 10 nəfər yaralanıb.
Bu barədə "Ynet" portalı xəbər yayıb.
Məlumata görə, Kinneret gölünün sahilində yerləşən Tiberiya şəhərində bir neçə nəfər qəlpələrdən ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, ölkənin şimalındakı ən böyük şəhər olan Hayfanın atəşə tutulması nəticəsində bir neçə nəfər yaralanıb.
Hizbullah Hərəkatı İsrailin cinayətlərinə cavab olaraq, əməliyyatlarını davam etdirir.