0
Friday 20 September 2024 - 09:00

İşğalçı İsrailin iki hərbçisi Livanla sərhəddə məhv edilib

Story Code : 1161176
İşğalçı İsrailin iki hərbçisi Livanla sərhəddə məhv edilib
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Hizbullah" partlayıcı maddəylə ilə dolu pilotsuz uçuş aparatı ilə Qərbi Qalileya bölgəsinə zərbə endirib. Hadisə nəticəsində "Baram" briqadasının maddi-texniki təminat rotasına komandanlıq edən mayor ölüb, bir əsgər isə yaralanıb.

Bundan əlavə, bildirilib ki, Livandan atılan iki tank əleyhinə raketin Ramim silsiləsi ərazisində ordu mövqelərinə düşməsi nəticəsində “Qolani” briqadasının 51-ci batalyonundan bir serjant ölüb, daha 8 əsgər isə yaralanıb.

Qeyd edək ki, Yaxın Şərq böhranının yeni dalğasının başlanğıcından bəri məhv edilən işğalçı İsrail əsgərlərinin sayı artıq 715-ə çatıb, 4,4 mindən çox hərbçi xəsarət alıb.
Comment