BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
Story Code : 1160116
“Report” xəbər verir ki, bu barədə “Reuters” BƏƏ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Yüksək vəzifəli məmur agentliyə müsahibəsində qeyd edib ki, sövdələşmənin 2021-ci ildə bağlanmasına mane olan hallar dəyişməz olaraq qalır. O əlavə edib ki, BƏƏ hökuməti hələlik ABŞ-la müzakirələri davam etdirməyi planlaşdırmır.
Onun sözlərinə görə, yenidən nəzərdən keçirmək zərurəti texniki tələblər, əməliyyat məhdudiyyətləri və xərc-fayda qiymətləndirmələri ilə bağlıdır.