Britaniyanın Baş naziri həyat yoldaşı üçün geyim alınması ilə bağlı istintaqla üzləşib
Story Code : 1160115
“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
“Baş nazir partiyasının donorunun (Böyük Britaniya Lordlar Palatasının üzvü Vahid Alli- Qeyd) həyat yoldaşı üçün bahalı paltar alması faktını açıqlamayıb”, - nəşr bildirib.
Vurğulanıb ki, 2024-cü il üçün Vahid Alli Baş nazirə dəyəri 18 min funt sterlinqdən (23,6 min dollar) çox olan iş geyimləri, eynək və saatlar verib.
Baş nazirin ofisi qəzetə Starmerin həyat yoldaşına verilən hədiyyələrin ümumi dəyərini və qadının onları aldığı müddət barədə məlumat verməyib. Mənbə nəşrə bildirib ki, bu məlumatlar daha sonra dərc olunacaq.