0
Wednesday 31 July 2024 - 01:25

İlon Mask “Google”un ABŞ-da seçkilərə müdaxilə etdiyini iddia edib

Story Code : 1150971
İlon Mask “Google”un ABŞ-da seçkilərə müdaxilə etdiyini iddia edib
Lent.az xəbər verir ki, ABŞ-da “Google”da Donald Trampın adı axtarış bölməsinə daxil edildiyi zaman Demokratlar Partiyasından olan prezidentliyə namizəd Kamala Harrislə bağlı xəbərlər ön plana çıxır.

Bu vəziyyət böyük əks-səda doğurub və məşhur milyarder İlon Mask da məsələ ilə bağlı təəccüblü bir görüntü paylaşıb. Mask axtarış sisteminə "Donald" yazılan zaman Trampın ilk sıralarda görünmədiyini yazaraq "Vay, “Google”da prezident Donald Trampa qarşı axtarış qadağası var! Seçkilərə müdaxilə?" yazaraq əyani sübut kimi skrinşot paylaşıb.

Bəzi istifadəçilər isə Donald Trampla bağlı axtarış etdikləri zaman “Google”un onların qarşısına daha çox “Donald Duck”la (Ördək Donald) bağlı nəticələr çıxardığı ilə bağlı paylaşımlar ediblər.
Comment