0
Wednesday 17 July 2024 - 17:00

Baqiri-Kəni BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib

Story Code : 1148209
Baqiri-Kəni BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib
İran İslam Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqiri-Kəni BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, yeni hökumətin yanaşması və xarici siyasətinin BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri əsasında çoxtərəfliliyin gücləndirilməsi üzərində qurulduğunu vurğulayıb.
Baqiri-Kəni deyib: “Yeni seçilmiş prezident bəyan etdi ki, əsas xarici siyasət yanaşması yeni üfüqlər açmaq və dünya dövlətləri ilə dialoqa, əməkdaşlığa, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini hərtərəfli genişləndirmək olacaq”.
Təhlükəsizlik Şurasının "Daha sabit, demokratik və ədalətli dünya sistemi istiqamətində çoxtərəfli əməkdaşlıq" adlı iclasında çıxı edən İranın dövlət rəsmisi qeyd edib ki, bu yanaşma çərçivəsində İran İslam Respublikası hökuməti imkan daxilində qonşu ölkələrlə və digər ölkələrlə hərtərəfli əlaqələrin dərinləşməsinə xüsusi və yüksək önəm verir.
 
Source : Shartv
Tagged
baqiri Iran
Comment