BMT baş katibi sionist rejim ordusunun fələstinli qaçqın düşərgələrinə tez-tez cinayətkar hücumlarına toxunaraq, Qəzzə zolağının hər bir hissəsini mümkün qətl meydanı adlandırıb.
Antonio Quterreş “X” sosial şəbəkəsində yazıb: “Qəzzədə dağıntıların miqdarı ağılasığmaz və qəbuledilməzdir və anklavda təhlükəsiz yer yoxdur”.
Bu arada Fələstinli Qaçqınlara Yardım və Məşğulluq Agentliyinin (UNRWA) Qəzzədəki İnformasiya Bürosunun direktoru İnas Həmdan bildirib ki, Qəzzə müharibəsi başlayandan bəri bu qurumun 190 obyekti bu zolaqda məhv edilib.