Yeni Müsavat qəzeti adını açıqlamadığı mənbələrə istinadla bildirir ki, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq və əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərin açılması nəzərədə tutulur.
Qəzet daha sonra yazır ki, mənbələr ümumiyyətlə oktyabrın 1-dən quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər.
Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: "Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb”,- Natiq Cəfərli deyib.
Ekspertə görə quru sərhədlərin açılması turizmin, sərhədyanı ticarətin canlanmasına, ölkənin daxilində rahatlığın yaranmasına səbəb olacaq.