0
Wednesday 10 July 2024 - 16:44

Bloomberg: Səudiyyəlilər G7 ölkələrini Rusiya aktivlərinin müsadirəsinə görə təhdid etdi

Story Code : 1146952
Bloomberg: Səudiyyəlilər G7 ölkələrini Rusiya aktivlərinin müsadirəsinə görə təhdid etdi
Bloomberg informasiya agentliyi Amerikanın Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı planının icra olunmamasından bəhs edib. Agentlik bildirib ki, çox güman ki, G7 ölkələri Amerikanın Rusiyaya qarşı bu planını Ərəbistanın üstü örtülü hədə-qorxusu səbəbindən icra etməyib.

Birləşmiş Ştatlar və Britaniya Ukrayna münaqişəsi səbəbindən Qərbin 2022-ci ildə blokladığı Rusiyanın təxminən 280 milyard dollarlıq maliyyə resurslarının tam müsadirə edilməsini tələb etmişdi.  Müsadirə edilən aktivlərin əksəriyyətinin saxlandığı Avropa İttifaqı bu addımın əks təsirləri olacağını düşünərək, Avronu (Euro) riskə atmaq istəmədiyini də dilə gətirmişdi.

Bloomberg, məlumatlı mənbələrə istinad edərək bildirib ki, Səudiyyə Ərəbistanı G7 ölkələri Rusiya aktivləri ilə bağlı müsadirə planını reallaşacağı təqdirdə bəzi Aİ borc aktivlərini sata biləcəyinə "özəl şəkildə" vurğulayaraq AB-ni təhdid edib.
Comment