0
Monday 8 July 2024 - 10:08

İnqilab Rəhbəri: Şəhid Rəisi, dövlətlər və rəsmilər üçün idarəçilik meyarı idi

Story Code : 1146433
İnqilab Rəhbəri: Şəhid Rəisi, dövlətlər və rəsmilər üçün idarəçilik meyarı idi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranda prezident səlahiyyətlərinin icraçısı və on üçüncü nazirlər kabinetinin üzvlərilə görüşdə vurğulayıblar ki: Şəhid Rəisi bir meyar kimi göstərdi ki, bir ölkənin prezidenti kimi/ təfəkkür, qəlb və real özəlliklər məcmuəsinə malik idi və onu əməldə təqib edirdi.
Həzrət Ayətullahuluzma Xamenei/ on üçüncü dövlətin üzvlərinin sonuncu görüşü olan bu görüşdə/ on üçüncü dövləti «iş, ümid və hərəkət» dövləti adlandırıb və belə deyiblər: Şəhid Rəisi doğrudan da ümidvar, həmçinin haqqa və gələcəyə nikbin idi. O, müəyyən edilmiş hədəflərə çatmaq istiqamətində qətiyyətli idi.
Rəisinin qabarıq özəlliklərini bəyan edən İnqilab Rəhbəri/ onun xalqın özündən olmasını,/ bütün məsul şəxslər üçün həqiqi meyar və çox mühüm xüsusiyyət adlandırıb və belə söyləyiblər: Rəisi xalqa hörmət edir və xalqın arasında olmaqla həqiqətlər və ehtiyacları duyurdu. O, problemlərin həlli və xalq kütlələrinin ehtiyaclarının təmin edilməsini/ öz proqramları və hərəkətlərinin mehvəri qərar verirdi.
İslam İnqilabının Böyük Rəhbəri daxili qabiliyyətlərə dərin inamı, şəhid Rəisinin digər xüsusiyyətlərindən adlandırıblar.
Bildiriblər ki: Rəisi ölkənin problemlərinin həlli üçün daxili imkan və bacarıqlara dərindən inanırdı.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İcra hakimiyyətinin başçısı təfəkkür, qəlb və əməl fəzilətlərindən ibarət məcmuəyə malik ola və onları öz fərdi və hakimiyyət fəaliyyətlərində təqib edə bilər.
İslam İnqilabının Böyük Rəhbəri şəhid prezidentlə həmkarlıq və onu müşayiət etdiklərinə görə, nazirlər kabinetinin üzvlərinə təşəkkür ediblər. Qeyd ediblər ki: Əgər nazirlər kabinetinin bütün üzvlərinin əməkdaşlıqları olmasaydı, bu fəaliyyətlər mümkün olmazdı.
 
Source : SaharTV
Comment