0
Saturday 29 June 2024 - 15:40

İranda prezident seçkilərinin yekun nəticələri məlum oldu

Story Code : 1144597
İranda prezident seçkilərinin yekun nəticələri məlum oldu
Yekun nəticələrə görə, səslərin sayıldığı məntəqələrinin sayı,  58 640 məntəqədən 58 640 olmaqla 482şəhəri əhatə edib.
Ümüumi sayılmış səslərin sayı: 24535185 olmaqla
1- Məsud Pezeşkian: 10 415 191 səs
2- Səid Cəlili: 9 473 298 səs
3- Məhəmməd Baqir Qalibaf: 3 383 340 səs
4- Mustafa Purməhəmmədi: 206 397 səs qazanıblar.
Yekun nəticəyə görə, Məsud Pezeşkian və Səid Cəlili ikinci turda bir daha rəqbət aparmalı olacaqlar.
İran Seçki Qərargahının sözçüsü İslaminin sözlərinə görə, 14-cü prezident seçkiləri dövrünün bütün seçki dairələri üzrə ümumi səsləri açıqlanıb və ölkənin seçki qərargahına təhvil verilib. Seçkinin yekun nəticələri Ali Nəzarət Şurasına göndəriləcəkdir.
“Qanuna və konstitusiyanın 117-ci maddəsinə, habelə prezident seçkilərinin qanununa əsasən, namizədlərdən heç biri səslərin mütləq əksəriyyətini ala bilməmiş və beləliklə, seçkidə daha yüksək səs toplamış birinci və ikinci namizədlərin haqda məlumatlar Ali Nəzarət Şurasına təqdim ediləcək”-deyə İslami əlavə edib.
Qanuna görə, nəticələr Ali Şura tərəfindən təsdiq olunarsa, prezident seçkilərinin ikinci turu iyulun 5-i cümə günü keçiriləcəkdir.

 
Source : SaharTV
Tagged
Iran seçki
Comment