Rəisi Qərb universitetlərindəki tələbə hərəkatını alqışladı:
“Biz Qərbdə şərəf və şər arasındakı qarşıdurmanın şahidiyik”
Story Code : 1133343
Prezident Seyid İbrahim Rəisi deyib: “Qəzzədə baş verən hadisələr qərblilərin üzündən pərdəni götürdü və bu gün biz alim və anlayışlı tələbə sinfinin şərəfi ilə təcavüzkarlar və onları dəstəkləyən şər qüvvələri arasında qarşıdurmanın şahidi oluruq”.
Nazirlər kabinetinin iclasında çıxış edən Rəisi son günlər Amerika və bəzi Qərb ölkələrinin akademik mühitində baş verən repressiyaya görə dərindən təəssüfləndiyini bildirib və qeyd edib ki, tələbələrin və professorların döyülməsi Qərb sivilizasiyasının əsl mahiyyətini ortaya qoydu. Məlum oldu ki, ifadə azadlığı, qələm azadlığı və insan hüquqlarının müdafiəsi kimi anlayışlarda onlar sadiq deyillər. Və insan haqlarının müdafiəsi ilə bağlı Qərb dövlətləri tərəfindən irəli sürülən iddialarının yalan olduğunu sübut edildi.