0
Tuesday 12 March 2024 - 10:51

Müsəlman Birliyi Hərəkatı son həbslərlə bağlı bəyanat yayıb

Story Code : 1122011
Müsəlman Birliyi Hərəkatı son həbslərlə bağlı bəyanat yayıb
Müsəlman Birliyi Hərəkatı son həbslərlə bağlı bəyanat yayaraq ölkədə medianın məhdudlaşdırılmasına öz etirazını bildirib.
Bəyanatda deyilir: “Aparıcı media mənsublarını oyundan çıxarmaqla hakimiyyətin təkqütüblü idarəçilik formasında ölkəni öz diktəsi ilə idarə etdiyindən xəbər verir. Bu istiqamətdə korrupsiya faktlarını işıqlandıran Abzas Medianın ardınca geniş auditoriyaya sağlam və aydın düşüncə aşılayan Toplum TV-nin də qapadılması, üzvlərinin eyni aqibətlə şərlənməsi bu ölkədə son nəfəsini alan azadlıqların süqutunu tam cilvəsi ilə aydınlatdı. Toplum Tv daxil, bu işdə həbslər son seçkilərdən sonra hakimiyyətin məqsədini bir daha ortaya qoydu”.
Hərəkar birmənalı olaraq hüquq və azadlıqlara, xüsusi olaraq mediaya təzyiqləri pisləyib, hakimiyyətdən bütün bu hallara son verməyi tələb edib.
 
Source : SaharTV
Tagged
mbt həbs
Comment