Rafael Qrossi Fransanın bu telekanala verdiyi açıqlamada deyib ki, İranın nüvə silahı yoxdur, lakin onun bəzi nüvə imkanları narahatlıq doğurur.
ABŞ-ın Nüvə anlaşmasından imtina etməsinə cavab olaraq İranın öhdəliklərinin azaldılması istiqamətində apardığı işlərə toxunan Qrossi iddia edib ki, İranın reaksiyası narahatlıq doğuran nəticələr, o cümlədən, uranın çox yüksək səviyyədə zənginləşdirməsinə gətirib çıxarıb.
Qrossi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü olduğunu etiraf etməklə yanaşı, bu məsələdə bəzi fikir ayrılıqlarının olmasını da diqqətə çəkib.