QR CodeQR Code

Qrossi: "İranın nüvə silahı yoxdur"

SaharTV , 29 Nov 2023 11:52

İslamtimes - Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru "France 24" telekanalına verdiyi müsahibədə İranın nüvə silahına malik olmadığını deyib, digər tərəfdən isə, İranın bəzi nüvə imkanlarından narahatlığını bildirib.


Rafael Qrossi Fransanın bu telekanala verdiyi açıqlamada deyib ki, İranın nüvə silahı yoxdur, lakin onun bəzi nüvə imkanları narahatlıq doğurur.
ABŞ-ın Nüvə anlaşmasından imtina etməsinə cavab olaraq İranın öhdəliklərinin azaldılması istiqamətində apardığı işlərə toxunan Qrossi iddia edib ki, İranın reaksiyası narahatlıq doğuran nəticələr, o cümlədən, uranın çox yüksək səviyyədə zənginləşdirməsinə gətirib çıxarıb. 
Qrossi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü olduğunu etiraf etməklə yanaşı, bu məsələdə bəzi fikir ayrılıqlarının olmasını da diqqətə çəkib.
 
 


Story Code: 1098992

News Link :
https://www.islamtimes.com/az/news/1098992/qrossi-iranın-nüvə-silahı-yoxdur

Islam Times
  https://www.islamtimes.com