UNİCEF-in rəhbəri Qəzza zolağına gedərkən qəzaya düşdü
Story Code : 1095989
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi beynəlxalq təşkilatın nümayəndəsi Kurtis Kuperə istinadən məlumat yayıb.
“Biz hesab edirik ki, Rafah yolunda avtomobil böyük çuxura dəyib və ya ondan yayınmağa çalışıb, bu da avtomobilin dərin xəndəyə sürüşərək yan üstə yuvarlanmasına səbəb olub”, - UNICEF nümayəndəsi bildirib.
O əlavə edib ki, Rassel əhəmiyyətli dərəcədə qançırlar alıb və ağrıları var, lakin onun ümumi vəziyyəti yaxşıdır.
Kuperin sözlərinə görə, UNICEF rəhbəri Qəzza zolağına səfərini davam etdirib, lakin sonradan həkimlər onun əlavə tibbi yardıma ehtiyacı olduğuna qərar veriblər.