Azərbaycan parlamentinin keçmiş deputatı saxlanılıb
Story Code : 1067756
Vəkil Aqil Layıc facebook səhifəsində yazıb: “Bəyədmirlini Banditizmdə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) Gədəbəy hadisələrinə görə şübhəli şəxs qismində saxlayırlar… özü indi zəng edərək məlumat verdi…”, vəkil qeyd edib.
Nazim Bəydəmirlinin özü isə dünən öz facebook səhifəsində yazıb ki, “gəlmişəm el arasında "banditizm" deyilən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ki, "ədaləti" (həm hərfi, həm də məcazi mənada) tapım...burada tapmasam, elə birbaşa gələcəm Daxili İşlər Nazirliyninin əsas binasında axtarmağa...”
Turan xəbər agentliyi Nazim Bəydəmirlinin telefonuna zəng çatsa da cavab verənin olmadığını yazıb. Onun facebook səhfəsi də sorğulara cavab vermir.
Turan bildirir ki, bununla yanaşı, vəkil Aqil Layıc da telefonuna və sorğulara cavab vermir.
Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: "Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib".
Qurumdan qeyd olunub ki, hazırda Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir. Nazim Bəydərmirli Söyüdlü kəndində əhalinin dinc aksiyada səsləndirdiyi tələblərini dəstəkləyərək polis zorakılığını və ümumiyyətlə hakimiyyətin repressiv metodlarını tənqid etmişdi. İndi sosial şəbəkə istifadəçiləri DİN-in Nazim Bəydəmirlinin saxlanılması ilə bağlı iddiasını əsassız hesab edir və onun azadlığa buraxılmasını tələb edirlər.