ABŞ-də nəhəng bankın iflası iqtisadi böhrana səbəb ola bilər
Story Code : 1046420
Onun sözlərinə görə, ABŞ hakimiyyəti “iqtisadiyyatın çökməsinin” qarşısını almaq üçün cəld hərəkət etməlidir.
“Hökumətin tezliklə dönüşsüz hala düşəcək səhvi düzəltmək üçün təxminən 48 saat vaxtı var. SVB-nin əmanətçilərin müdafiəsi olmadan uğursuzluğa düçar olmasına icazə verməklə, dünya sığortalanmamış əmanətlə - müflis banka qarşı təminatsız borc üçün qeyri-müəyyən iddia ilə üzləşir”, - milyarder bildirib.
O, əlavə edib ki, əgər “JPMorgan”, “Citibank” və ya “Bank of America” bazar ertəsi, martın 13-də bazar açılmazdan əvvəl SVB-ni almazsa və ya hökumət öz depozitlərinə zəmanət verməzsə, hamı böyük bir zərərə düşəcək. Bu, sistem əhəmiyyətli banklara məxsus olanlar istisna, bütün sığortalanmamış əmanətlərin geri götürülməsinə yol açacaq.
O hesab edir ki, hökumət SVB əmanətlərini təmin etmək üçün martın 10-da müdaxilə etsəydi, vəziyyətin qarşısını almaq olardı. Bu yolla bank kapitalın yeridilməsi müqabilində yeni sahibinə keçə bilərdi.
Qeyd edək ki, “Silicon Valley Bank”ın müflis olması martın 11-də məlum olub. SVB 2008-ci il böhranından sonra iflasa uğrayan ən böyük bankdır. Keçən il o, 40 milyard dollar dəyərində qiymətləndirilib və kapitallaşması sürətlə artıb.