İran sionist rejimdən Azərbaycana silah daşınmasına münasibət bildirib
Story Code : 1045317
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi jurnalistlərlə keçirdiyi həftəlik brifinqdə deyib: "Bizim sionist rejimlə bağlı mövqeyimiz aydındır və əlaqələrimiz region ölkələri ilə qonşuluq münasibətləri çərçivəsində aydın prinsiplərə və əsaslara malikdir və regiondakı qonşu ölkələrə sionist rejimin bölgədəki at oynatmaları və sabitliyi pozan hərəkətləri ilə bağlı dəqiq gözləntilərimizi çatdırmışıq".
O, ümidvar olduğunu bildirib ki, region ölkələri və qonşu dövlətlər region ölkələrinin maraqlarına, qonşuluq münasibətlərinə və ortaq regional xoşməramlılığa diqqət yetirəcək, sionist rejimlə münasibətlərində İran İslam Respublikasının həssaslıqlarına kifayət qədər və lazımi diqqəti göstərəcəklər.
Kənani İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfərinin Bakıya səfəri ilə bağlı sualın cavabında qeyd edib ki, bu səfər Qoşulmama Hərəkatının Zirvə Toplantısında iştirak etmək üçün həyata keçirilib və Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmiləri ilə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı danışıqlar aparmaq üçün yaxşı fürsət olub.
Kənani səfər zamanı Azərbaycanın xarici işlər naziri, bu ölkə prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi və xarici işlər nazirinin müavini ilə görüşlərin keçirildiyini və bu görüşlərdə Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı baş verənlərin müzakirə edildiyini bildirərək, əlavə edib: "Hücum edən şəxs bunu şəxsi motivlə edib və Cənab Səfəri Azərbaycan hakimiyyətinə görülən məhkəmə tədbirləri barədə hesabat təqdim edib".
Kənani İranın Azərbaycan Respublikası ilə hüquqi və məhkəmə yardımı sazişi çərçivəsində bu hadisəni araşdırmaq üçün Azərbaycandan nümayəndə heyətinin İrana səfərinə hazır olduğunu açıqlayıb və qeyd edib ki, Azərbaycan hakimiyyəti ilə səfərinin görüşündə bu istiqamətdə iki ölkənin əməkdaşlığı üçün məhkəmə işləri üçün çərçivənin təmin edilməsi razılaşdırılıb.
Onun sözlərinə görə, həmçinin Azərbaycan tərəfinə vurğulanıb ki, anlaşılmazlığın aradan qaldırılması və problemin həlli üçün ən qısa yol münasibətləri normal məcraya qaytarmaq, Azərbaycan Respublikasının Tehrandakı fəaliyyətini bərpa etmək və məhkəmə yolu ilə getməkdir və mövzu siyasi və təbliğati baxışlardan uzaq olmalıdır.
O, davam edib: "Bu görüşlərdə iki tərəfin məsləhətləşmə və müzakirələrini davam etdirmələri və ikitərəfli nümayəndə heyətlərinin mübadiləsi barədə razılığa gəlindi".