0
Tuesday 2 August 2022 - 11:35
Qarabağda nə baş verir?

Separatçılar Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymurlar

Story Code : 1007216
Separatçılar Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymurlar

SəhərAzəri-nin məlumatına əsasən, Qarabağda, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki erməni hərbçilər Azərbaycan silahlı qüvvələrinin "təmas xəttini keçdiyini", bir erməni hərbçisinin yaralandığını iddia edirlər.
Azərbaycan Müdafiə Nazirliyi isə Azərbaycan ordusunun atəş açmadığını bildirib.
Avqustun 1-də separatçı “Dağlıq Qarabağ Respublikası ordusu” iddia edib ki, Azərbaycan ordusu səhər saatlarında Qarabağın şimal və şimal-qərb sərhəd zonasının bir sıra bölmələrində təmas xəttini keçməyə cəhd göstərib və bu cəhdlərin qarşısı alınıb, hər hansı toqquşma qeydə alınmayıb.  Erməni silahlıları bir hərbçinin yaralandığını və hazırda vəziyyətinin nəzarətdə olduğunu bildirib.
Separatçı “DQR”in “xarici işlər naziri” Davit Babayan da öz Facebook səhifəsində yazıb ki, guya hər şey silahlı qüvvələrinin nəzarəti altındadır. 
Ermənilərin iddiasına cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində hər hansı insidentin baş verdiyini təkzib edib.
Qurum bildirib ki, Azərbaycan Ordusu bölmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi “Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətindəguya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır”.
Bundan əvvəl Prezident İlham Əliyev 10 noyabr üçtərəfıi razılaşmanı xatırladaraq Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə erməni silahlılarının hələ də çıxarılmamasından narazılığını bildirmişdi. 
Ermənistan bəyan edib ki, öz qoşunlarını Qarabağdan çıxaracaq və bu proses sentyabra qədər başa çatacaq. Ermənistan onu da bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi" onlar üçün "ərazi məsələsi deyil, hüquqi məsələ"dir.
 
Source : SaharTv
Comment