Qeyd edək ki, 25 milyon iranlı təkcə 5 şəhərdə Şəhid general hacı Qasim Süleymaninin vida mərasimində iştirak edəndən sonra bir qrup fitnəkar İslam Respublikasında qarışıqlıq yaratmağa çalışıb. Xalqın İslam Respublikasına milyonluq dəstəyini kölgə altına salmaq istəyən Qərb muzdurları Ukrayna təyyarəsinin süqutu nəticəsində həlak olanların anım mərasimini bəhanə edərək etiraz aksiyası keçiriblər. Halbuki, Ukrayna təyyarəsinin vurulmasında ABŞ və işğalçı İsrail rejiminin rolu olduğu ilə bağlı bir sıra dəlillər ortaya çıxıb. Xarici KİV-də də bu haqda xəbərlər nəşr olunaraq, ABŞ-ın İranın radar sisteminə kiber hücumla müdaxilə edərək təyyarənin təhlükəli obyekt kimi nümayiş etdirilməsinə səbəb olduğu bildirilir.