Quranın bahar ayı olan Mübarək Ramazanın ilk günündə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda İmam Xomeyni (rə) adına hüseyniyyədə Quran qariləri və Əhli-beyt (ə) məddahları ilə görüş keçirdib.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, ötən gecə baş tutan görüş 3 saat davam edib. Ali Rəhbərin iştirakı ilə “Quranla üns” məclisi təşkil olunub.
Görüşdə çıxış edən Ali Rəhbər Ayətullah Xamenei bu gün İslam ümmətinin ən zəruri ehtiyaclarından biri kimi “Qurana yaxınlaşmaq və onun göstərişlərinə əməl etmək” məsələsi olduğunu vurğulayıb. Ayətullah Xamenei həm də vurğulayıb ki, İslam dünyasında möcud olan bugünki problemlər, xüsusilə də Fələstindəki acı vəziyyətin və sionist rejimin son günlərdə törətdiyi cinayətlərin səbəbi İslam ümmətinin Qurandan uzaq düşməsidir.
“Beytül-müqəddəs (Qüds) Fələstinin paytaxtıdır. Fələstin Allahın lütfü ilə düşmənlərin caynaqlarından azad olacaq və Fələstinlə bağlı İlahi həqiqət və sünnətin müqabilində ABŞ və onun əlaltıları heç bir qələt edə bilməyəcəklər".
Ayətullah Xamenei bildirib ki, bu bir neçə gündə xəbis və qondarma sionist rejiminin onlarla fələstinlinii şəhid etməsini və minlərlə insanı yaraladığının şahidi oldunuz. “Bu şəraitdə bəziləri şikayətlənir ki, nə üçün ABŞ mövqe sərgiləmir? ABŞ və bir çox qərb ölkələri bu cinayətlərdə şərikdir. İslam ümməti, İslami dövlətlər və hökumətlər bu cinayətlər qarşısında mövqe ortaya qoymalıdır. Qurani Kərim təlimi bizlərə İslam düşmənləri qarşısında əyilməz olmağı, öz aramızda mehriban olmağı öyrədir. Lakin Qurandan uzaq düşməyin nəticəsində bu gün bizlər müsəlmanlar arasında parçalanmaların, müharibələrin, düşmənlərə tabe olmağın şahidi oluruq".
Ayətullah Xamenei bildirib ki, İslamla düşmənçiliklər heç vaxt bitməyəcək. “Əgər İslam ümməti Qurana yaxın olarsa, necə ki, Quran buyurub, heç şübhəsiz düşmənə qələbə çalacaq. Ona görə ki, bu ilahi bir vədədir.”
Ayətullah Xamenei gənclərə Quranla ünsiyyətlərini hər gün daha da artırmağı tövsiyyə edib. “Quranı anlamq və ona əməl etmək siz gənclərin izzət və güclü olmağınıza səbəb olacaq.”