0
Saturday 9 May 2020 - 18:51

Həzrəti Zeynəb (sə) Özü Hacı üçün buranı seçmişdi..

Story Code : 861676
Həzrəti Zeynəb (sə) Özü Hacı üçün buranı seçmişdi..

Həzrəti Zeynəb (sə) hərəminin qarşısındakı divarlara şəhidlərin şəkillərini çəkən rəssam sonuncu divara çatanda ora hansı şəhidin rəsminin çəkiləcəyi barədə tərəddüd edir.Çünki bu divar hərəmə ən yaxın sonuncu divar idi.Nəhayət qərara gəlirlər ki,Aşura faciəsini əks etdirən bir şəkil çəkilsin bu son divara.
Rəssam deyir ki,boyağımı götürüb həmin yerə yollandım.İşə başlayacaqdım ki, birdən yağış yağdı.Yağışın işimə mane olacağını bildiyim üçün geri qayıtmaq qərarına gəldim.Qayıdanda Hacı Qasimlə rastlaşdım.Mənə baxdı və dedi ki,nə gözəl şəkillərdir...
Bəs bu son divara kimi çəkəcəksən ?
Dedim o divara Aşura rəsmini çəkmək istəyirəm.Sərdar dedi ki,bizi çəksən nə gözəl olardı...
Dedim hacı siz bizə lazımsız,elə deməyin...
"Allahdan nə gəlsə gözəldir" dedi və getdi...
İki gün yağış yağdı...
Mən Aşura rəsmini həmin divara çəkə bilmədim.Yağış bitəndə isə Hacının şəhadət xəbəri gəldi...
Hacının şəklini gətirib dedilər bu şəkili bu divara çək.Diz üstə yerə düşdüm.Hacı özü buranı seçmişdi...
Yox...
Həzrəti Zeynəb (sə) Özü Hacı üçün buranı seçmişdi..
Comment