0
Thursday 10 May 2018 - 22:35

Paşinyan Qarabağda SAYIQLADI: "Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib" - VİDEO

Story Code : 723806
Related File
"Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq"- Paşinyan belə deyib.
 
Bu haqda Faktor.az-a fikirlərini bölüşən tarixçi Dilavər Əzimli bildirib  ki, o bu sözləri Rusiyanın ağzını yumandan sonra deməyə başladı:
 
"Vaxtilə bağırırdın ki, Ermənistan Avrasiya və Kollektiv Təhlükəsizlik İttifaqından çıxmalıdır, Qarabağ məsələsi ilə bağlı Azərbaycanla danışığa getmək lazımdır. İndi  Rusiyanın xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxır. Çünki bir neçə gündən sonra ağası V.Putinin qarşısında təzim edib dayancaqdır. Bu dığaya demək lazımdır ki, iki həftədən artıqdır ki, Rusiya telekanlları Ermənistanın üzərinə yeriyirlər. Bildirirlər ki, bu ermənilər qudurmasınlar, onlara dövləti də biz yaratdıq, onları adam etdik. Rusiya telekanalları 1918-ci ildə ermənilərin Bakıda törətdikləri qətliamları nümayiş etdirdilər. Əslində, hamıya bəllidir ki. Rusiya öz quberniyası olan Ermənistanda qubernator Sərkisyanı yeni qubernator Paşinynala əvəz etdi. Bu dığa Paşinyan yaxşı bilir ki, Ermənistanın Qafqazda bir dövlət kimi qalması Ermənistan rəhbərliyinin Qarabağdan imtina etməsi ilə bağlıdır. Rusiya öz hayındadır. Çöküşə doğru gedir. Onun çökməsi Ermənistanın da yox olmasıdır. Ermənistan güman edir ki, turizmlə, Avropa qrantları ilə aclığın qarşısını alacaqdır. Amma buna ümid bağlamaq absurddur.
Source : faktor.az
Comment