Müqavimətin güc nümayişi ilə yeni mərhələdə ilk sionist əsir təhvil verildi
SaharTV , 1 Feb 2025 16:17
İslamtimes - Əl-Qəssam batalyonlarının döyüşçüləri bir neçə dəqiqə əvvəl Qəzzə atəşkəs razılaşması çərçivəsində əsirlərin mübadiləsinin birinci mərhələsinin üçüncü turunda sionist qadın hərbi əsir "Aqam Berqer"i Qəzzə zolağının şimalında yerləşən Cəbaliyədə Qırmızı Xaça təhvil veriblər.
Bir saat əvvəl İslam Cihad Hərəkatının hərbi qanadı olan Səraya əl-Qüdsün sözçüsü Əbu Həmzə də iki sionist əsirin təhvil verilməsinin tamamlandığını bildirib.
Story Code: 1188025