Tehran Beyrutu tək qoymur
Əraqçi Livan və Suriyada məsləhətləşmələr aparıb
SaharTV , 6 Oct 2024 11:30
İslamtimes - İran İslam Respublikasının xarici işlər naziri Livan və Suriyaya səfərində rəsmi Tehranın Müqavimətə total dəstəyini təkrarlayaraq Livan və xüsusilə Qəzzədə atəşkəsin müzakirə olunduğunu söyləyib.
Seyid Abbas Əraqçi Beyrutdan Dəməşqə daxil olduqdan sonra jurnalistlərə deyib: “Mənim Dəməşqə səfər etməkdə məqsədim regional hadisələrlə bağlı məsləhətləşmələri davam etdirməkdir. “Beyrutda Livanın dövlət rəsmiləri ilə çox mühüm məsləhətləşmələr apardıq, orada yaxşı müzakirələr aparıldı və biz bu məsləhətləşmələri Suriya dövləti ilə davam etdirəcəyik”, - deyə İranın XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, cənab Əraqçi və onu müşayiət edən heyət ötən gün Livan paytaxtında olub, bu ölkənin rəsmiləri ilə fikir mübadiləsi aparıb. O həmçinin humanitar yardımı olaraq 10 ton ərzaq və dərmanı livanlılara çatdırıb.
Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X sosial şəbəkəsindəki mikro-bloqunda Seyid Abbas Əraqçinin başçılıq etdiyi diplomatik nümayəndə heyətinin Livana səfəri barədə yazıb: “Xarici işlər naziri Əraqçinin başçılığı ilə iki parlament üzvü və Qızıl Aypara Cəmiyyətinin rəhbərinin müşayiəti ilə nümayəndə heyətimiz Livanın yüksək vəzifəli rəsmiləri ilə görüdü”.
İran İslam Respublikasının Beyrutdakı səfiri Müctaba Əmani isə vurğulayıb ki, İran regionun taleyinin Amerika və İsrail tərəfindən dəyişdirilməsinə icazə verməyəcək. Bu istiqamətdə cənab Əraqçinin Livana səfəri mühüm regional təsirlərə malik cəsarətli və mötəbər bir səfər oldu.
O, İranın çətin vəziyyətlərdə hər zaman Livan xalqının yanında qalacağını qeyd edib.
Əmani, gələcəyin region ölkələri tərəfindən həll ediləcəyini və onların başında Müqavimət Cəbhəsinin olacağını bəyan edib.
Story Code: 1164692