0
Sunday 6 August 2023 - 14:07

Cəmil Həsənli: Qubad İbadoğlu apardığı təhlillərin güdazına getdi

Story Code : 1074030
Related File
Müxalifətin Milli Şurasının sədri Cəmil Həsənli deyib ki, tanınmış iqtisadçı Qubad İbadoğlunun həbsində işğaldan azad olunmuş rayonların bərpası ilə bağlı apardığı təhlillərin rolu var.
Professor Cəmil Həsənli Bu barədə Meydan TV ilə müsahibədə deyib: “Qubad İbadoğlunun həbsində işğaldan azad olunan rayonların bərpası ilə bağlı onun silsilə yazılarının və “BİZ.tv”-dəki çıxışlarının rolu var. Azərbaycan hakimiyyəti üçün bu, həsas məsələdir. Burada vətənpəvərlik dalğasında korrupsiya əməli ilə məşğul olmaqdan söhbət gedir. Çünki həmin ərazilərdə infrastruktur işləri görülür, abadlıq aparılır, amma bütün bunlarda tenderlər şəffaf keçirilmir. Azərbaycan qanunvericiliyi isə tenderlərin şəffaf keçirilməsini tələb edir və hansı şirkət tenderdə qalib gəlirsə, üstünlük ona verilməlidir. Təəssüf ki, Azərbaycanda buna əməl edilmir. Ona görə Qubad bəy təhlillərində bunların korrupsiya və mənimsəmələrə yol açdığını göstərirdi. Həmin araşdırmalardan sonra bəlli oldu ki, Zəngilanda Ağalı kəndinin tikintisi Prezidentin köməkçisinin qardaşına verilib. Bunu çox çətinliklə öyrənmək mümkün oldu. Şübhəsiz ki, bu, yeganə hal deyil və buna bənzər başqa halların da olması istisna edilmir. Qubad İbadoğlu elə həmin kəndin layihəsi və digər bərpa layihələri ilə bağlı xeyli suallar qoymuşdu”.
 
Source : Sahartv
Tagged
cəmil
Comment


Related files