DİN özünü günahsız göstərir juranalist isə…
Sahartv , 18 Jun 2023 09:41
İslamtimes - Həbs edilmiş inanclı insanların yaxınları dünən Bakıda parlament binası qarşısında aksiya keçirməyə cəhd edərkən polisin qəddarlığına məruz qalıblar. Bu səhnəni çəkən Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlı polis avtomobili tərəfindən qəsdən vurulduğunu deyir. DİN isə onun dediklərini təkzib edib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi jurnalistin polis tərəfindən xəsarət alması barədə bəyanat yayaraq bildirib ki, aksiyada Fatimə Mövlamlıya qəsd edilməsi iddiaları əsassızdır.
"Bütün iddialar araşdırılıb, ərazidəki müşahidə kameralarına baxılıb. Araşdırmalarla məlum olub ki, F.Mövlamlı diqqətsizlikdən qəflətən hərəkət edən avtomobilin yoluna çıxıb.
Aparılan tibbi rengten müayinələrində onun ayağında hər hansı fəsad – sınıq-çıxıq müəyyən edilməyib. Hadisədən sonra əlaqə saxlanılıb, onun vəziyyəti ilə maraqlanmışıq. Təəssüf edirik ki, belə xoşagəlməz hadisə baş verib", deyə məlumatda bildirilir.
Öz növbəsində, Mövlamlı öz facebook səhifəsində yazıb ki, o, polis maşının yoluna çıxmayıb, sadəcə olaraq çəkiliş zamanı yolun kənarına çıxıb və hadisə polis maşınının sürücüsü əyləci basmadığı üçün baş verib. O qeyd edir ki, nə sürücü, nə digər polislər "təcili yardım" çağırmayıblar, hadisəni protokollaşdırmayıblar. Bundan başqa, onun sözlərinə görə, polis əməkdaşları dövlət travmotologiya xəstəxanasında rentgen görüntülərinin ona verilməsinə mane olublar. O, özəl klinikaya müraciət etmək məcburiyyətində qalıb, burada onun sol ayağında əzilmə müəyyən edilib. Mövlamlı məhkəmə qaydasında araşdırma aparılmasına nail olmaq niyyətindədir.
Qeyd edək ki, son vaxtlar intensive hal almış inanclı insanların həbs edilməsi ilə bağlı onların yaxınları dünən Milli Məclis qarşısında etiraz aksiyası keçirmək istəyiblər. Polis onlara qarşı zorakılıq tətbiq edib və aksiyanın baş tutmasına imkan verməyib. Jurnalist Fatimə Mövlamlı isə öz peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən xəsarət alıb.
Story Code: 1064620