QR CodeQR Code

Prezident Rəisi zəlzələdən zərər çəkmiş Xoy şəhərinə gedib

SaharTV , 5 Feb 2023 17:30

Islamtimes - İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi zəlzələdən zərər çəkmiş əraziləri yoxlamaq üçün Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə gedib.



SəhərAzəri-nin məlumatına əsasən, Prezident Xoy şəhərinə gəldikdən sonra zəlzələdən zərər çəkənlərin vəziyyəti, ehtiyacları və zəlzələ nəticəsində dəyən itkilərin miqyası ilə yaxından tanış olub və problemlərin həlli və vəziyyətin yaxşılaşdırılması üçün lazımi göstərişlər verib.
Ayətullah Rəisi valiliyin və şəhərin icra hakimiyyətinin vəziyyəti düzəltmək üçün göstərdiyi səyləri vurğulayaraq, qeyd edib ki, burada evlərin 10 faizi zərər görüb, lakin bu vəziyyətə və şəraitə görə Xoy əhalisindən 100 min nəfər hazırda çadırlardadır. Belə bir vəziyyətdə ekspertlər hansı evdə yaşamağın mümkün olub-olmadığını yoxlayıb, müəyyən etməlidirlər. 
Prezident deyib: "Mən ölkənin rəsmilərindən və nazirlərindən, xüsusən birinci vitse-prezidentdən geniş və ətraflı məruzələri almağıma baxmayaraq, insanların vəziyyətini və şəraitini şəxsən öyrənməyə üstünlük verdim".
"Xalqın problemlərinin həlli üçün bütün imkanlardan istifadə etmək lazımdır ki, zəlzələdən zərər çəkənlər arasında heç kim ciddi problemlərlə üzləşməsin", - deyə cənab Rəisi vurğulayıb.
İctimai rəydə səslənən söz-söhbətlərə gəlincə, prezident xalqdan bu söz-söhbətlərə əhəmiyyət verməməyi və bu vəziyyəti səbirlə aradan qaldırmağı xahiş edib.
Qeyd edək ki, ötən şənbə günü İranın şimal-qərbində, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Bu zəlzələ üç nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına, yaşayış evlərinə ziyan dəyməsinə səbəb olub.
 


Story Code: 1039698

News Link :
https://www.islamtimes.com/az/video/1039698/prezident-rəisi-zəlzələdən-zərər-çəkmiş-xoy-şəhərinə-gedib

Islam Times
  https://www.islamtimes.com