Cəmil Həsənli "Sərhədsiz Reportyorlar”ın yeni hesabatına münasibət bildirdi
"Azərbaycan qonşuları ilə müqyisədə geridə qalır"
Sahartv , 7 May 2022 13:51
İslamtimes - Demokratik Qüvvələrin Milli Şurasının sədri bildirib ki, azadlıq İndeksinə görə, Azərbaycan Mərkəzi Asiya, Afrika və Fars Körfəzi ölkələrindən geri qalıb.
SəhərAzəri-nin məlumatına əsasən, Cəmil Həsənli bu haqda öz Facebook səhifəsində yazır: "Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı 2022-ci il üçün "Mətbuat Azadlığı İndeksi"ni açıqlayıb. Hesabat 180 ölkəni əhatə edib. Mətbuat azadlığı göstəricilərinə görə, Azərbaycan 154-cü yerdədir. Ölkəmiz 153-cü yerdə olan Belarusla, 154-cü yerdə olan Rusiyanın arasına sığınıb. Bizim yaxın qonşularımız olan Gürcüstan 89-cu, Ermənistan isə 51-ci yerdədir.
Siyasətçi qeyd edib ki, Türkmənistan istisna olmaqla, qalan bütün orta Asiya ölkələri Azərbaycandan irəlidədir. Məsələn, Tacikistan Azərbaycandan iki pillə qabaqda - 152-ci yerdə, Özbəkistan 133-cü yerdə, Qazaxıstan 122-ci yerdə, Qırğızıstan isə 72-ci yerdə qərar tutur. Yəni, media azadlığı indeksinə görə, Orta Asiya dövləti olan Qırğızıstan Azərbaycandan 2 dəfədən də artıq irəlidədir”.
Onun fikrincə, Azərbaycan media azadlığı göstəricilərinə görə nəinki Orta Asiya, Afrika ölkələrinin əksəriyyətindən geridədir. Mətbuat azadlığı indeksinə görə, hətta rəsmi monarxiya rejimləri belə bizdən çox irəlidədir. Məsələn: Birləşmiş Ərəb Əmirliyi 138-ci yerdə, İordaniya 120-ci yerdə, Benin Krallığı 121-ci yerdə, Qətər monarxiyası 119-cu yerdədir.
Cəmil Həsənli xəbərdarlıq edib ki, media haqqında yeni qanunun qəbulundan, vahid jurnalist vəsiqələrinin, KİV reyestrinin tətbiqindən sonra Azərbaycan dünyanın 180 ölkəsi arasında sonuncu sıralarda da ola bilər.
Azərbaycan hakimiyyəti Qərbdəki təşkilatların bu kimi hesabatlarını ciddiyə almır və onları erməni lobbi təşkilatlarının təsiri altına düşməkdə və ya ölkə daxilində mövcud olan qərbpərəst qüvvələrin saxta məlumatları əsasında hesabat hazırlamaqda ittiham edir.
Story Code: 992936